DÜNYA

Həkim reseptləri xəstənin telefonuna göndəriləcək
03 YANVAR
126

Həkim reseptləri xəstənin telefonuna göndəriləcək

2019-01-03 15:58:00

2019-cu ildən başlayaraq Çexiyada hər bir həkim xəstənin istəyinə görə reseptləri elektron formada yazmağa borcludur.

Fins.az xəbər verir ki, elektron reseptin baza forması kimi həkimin elektron imzasının kodunun götürülməsi təklif olunur. Bununla yanaşı, reseptlərin sms-bildirişlər, pdf-fayl əlavə olunan elektron poçt ünvanı, mobil telefon və ya internet əlavəsi vasitəsilə göndərilməsi də mümkündür.

Çexiyada bu təcrübənin tətbiqinə ötən ildən başlanılıb. Belə ki, 2018-ci ildə həkimlər pasiyentlərə 58 milyondan çox elektron resept yazıblar.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9369
  • ₽ RUB
    0.0256