DÜNYA

Bu dəmiryolu layihəsinin sürətləndirilməsinə 42,8 milyon dollar ayrılıb
03 YANVAR
243

Bu dəmiryolu layihəsinin sürətləndirilməsinə 42,8 milyon dollar ayrılıb

2019-01-03 14:11:00

İran Milli Bankı Ərdəbil dəmiryolunun inşasına 7,5 trilyon rial (təxminən 178 milyon dollar) vəsait ayırıb. İndiyədək bu məbləğin 1,8 trilyon rialı (təxminən 42,8 milyon dollar) ödənib.

Fins.az-ın məlumatına görə, bunu İranın Milli Bankının icra direktoru Məhəmməd Rza Hüseynzadə deyib.

Onun sözlərinə görə, bu məbləğin 800 milyard rialı (təxminən 19 milyon dollar) cari ilin 7-ci ayında, 1 trilyon rialı (təxminən 23,8 milyon dolları) isə ötən gün əlaqədar şirkətin hesabına ödənilib.

Hüseynzadə əlavə edib ki, Ərdəbil dəmiryolu layihəsi üçün lazımi vəsait iş prosesinə əsasən ödənilir və 3-cü ödəniş isə 12-ci ayda podratçı şirkətin hesabına ödənəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9164
  • ₽ RUB
    0.0263