DÜNYA

Çin və Tayvanın birləşməsinin qaçılmaz olduğu açıqlandı
03 YANVAR
200

Çin və Tayvanın birləşməsinin qaçılmaz olduğu açıqlandı

2019-01-03 11:17:00

Çin Xalq Respublikası (ÇXR) sədri qeyd edib ki, Pekin “vahid Çin” siyasəti çərçivəsində Tayvanla sülh yolu ilə birləşməyin tərəfdarıdır, eyni zamanda “separatçılara” və “xarici qüvvələrə” hərbi güc tətbiq edəcəyini istisna etmir. Tayvan səlahiyyətliləri bu açıqlamaya mənfi reaksiya göstəriblər. 

Fins.az  bu barədə “Vesti.Ekonomika” portalına istinad edir.

2 yanvar çərşənbə günü çıxış edən Si Çzinpin, “Tayvan məsələsi” ni və Çinin yenidən birləşməsini “Çin hökuməti və xalqının qarşısında duran tarixi bir vəzifə” olduğunu söyləyib.

Çin Xalq Respublikasının sədri, Tayvan həmkarlarının 40 illik yubileyinə həsr olunmuş bəyanatda, Çin hökuməti ilə Tayvan hökuməti arasında 1949-cu ildə rəsmi münasibətlərin sona çatmasından sonra son 70 il ərzində əlaqələrin inkişafına öz münasibətini bildirib.

Si Çzinpin qeyd edib ki, “Çinin birləşməsi ilə tərəflərin maraqlarına zərər dəyməyəcək”, eyni zamanda, o, qarşı tərəfi iqtisadi və enerji əməkdaşlığının inkişaf etdirilməsinə, vahid bazarın yaradılmasına çağırıb. Həmçinin, Çin və Tayvanın birləşməsinə mane olan “xarici qüvvələrə” və “separatçılara” qarşı güc tətbiqi məsələsinə də toxunmuşdur:

“Biz güc tətbiqindən imtina etməyəcəyik və bütün lazımi tədbirləri görməyi ehtimal edirik. Bu tədbirlər Tayvandakı həmvətən əməkdaşlarımıza aid deyil,  bu güc xarici qüvvələrin və Tayvanın müstəqilliyini dəstəkləyən çox sayda separatçıların müdaxiləsinə yönəldiləcək”.

Si Çzinpin ayrıca “Tayvanın müstəqilliyinin tarixin gedişinə qarşı olduğunu” ifadə edərək, Tayvan məsələsinin Çinin daxili işi olduğunu fikrini bildirmişdir

Tayvan səlahiyyətliləri bu açıqlamaya mənfi reaksiya göstəriblər. Prezident Çay İnven, Tayvan “bir ölkə – iki sistem” siyasətini qətiliklə qəbul etmədiyini bildirib.

“Vesti.Ekonomika” portalı qeyd edib ki, ABŞ administrasiyası 2018-ci ilin sentyabrında Tayvana 330 milyon dollar dəyərində silah və komplektasiya göndərmək qərarına gəlib. ÇXR Xarici İşlər Nazirliyi bildirir ki, Amerika hakimiyyətinin bu hərəkətləri “beynəlxalq hüququn, beynəlxalq əlaqələrin əsas normalarını və Çinin suverenliyini pozur”.  2018-ci ilin noyabr ayında ABŞ rəsmiləri, ötən il ərzində artıq üçüncü dəfədir ki, ada hökumətinə “dəstək əlaməti”  kimi hərbi gəmilər göndərirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9143
  • ₽ RUB
    0.0267