DÜNYA

Qurban Qurbanov dünya reytinqində neçənci yerdədir?
03 YANVAR
317

Qurban Qurbanov dünya reytinqində neçənci yerdədir?

2019-01-03 11:12:00

"Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov dünya reytinqində 458-ci sırada yer alıb. 

Fins.az "Football World Rankings" saytına istinadən xəbər verir ki, bu göstərici ötən illə müqayisədə dəyişməz qalıb.

Belə ki, 46 yaşlı Qurbanov 2018-ci ilin yekun siyahısında 1073 xalla 458-ci sırada yer alıb. "Neftçi"nin baş məşqçisi Roberto Bordin isə 123 xalla 961-ci pillədə qərarlaşıb.

Siyahıya 14840 xalla İspaniyanın "Barselona" komandasının baş məşqçisi Ernesto Valverde başçılıq edir.

Müəllif: Tuncay Türbəndəzadə

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272