DÜNYA

Rusiyada təqaüdçülərə hansı güzəştlər verilir?
02 YANVAR
404

Rusiyada təqaüdçülərə hansı güzəştlər verilir?

2019-01-02 17:20:00

Fins.az dünyanın ayrı-ayrı ölkələrində əhalinin sosial təminatı,ayrı-ayrı ölkələrdə nisbətən yaşlı təbəqənin təqaüdə çıxmaqla bağlı şərtlərini araşdıraraq işıqlandırır. Yəqin ki bir çoxlarına qonşu Rusiyada təqaüd yaşı ,təqaüdçülərə tətbiq olunan güzəştlər və təyin olunmuş imtiyazlar maraqlıdır. Rusiyada əmək pensiyası təyin olunan şəxslərin təqaüdlərinin hesablanma qaydası, qadınlara və kişilərə ayrı-ayrılıqda tətbiq olunan güzəştlər barədə ətraflı məlumat verən iqtisadçı ekspert Rauf Qarayev bildirib ki, "Rusiyada əmək pensiyası yaş həddi 01 yanvar 2019-cu ildən kişilər üçün 65 yaşına qədər, qadınlar üçün isə 60 yaşına qədər qaldırılıb. Əvvəl Kişilər 60 yaşında, qadınlar isə 55 yaşında təqaüdə çıxırdılar. Bu isə mərhələli şəkildə həyata keçiriləcək. 2028-ci ilə bu proses bitəcək. Qanun tətbiq edilməyən sonuncu pensiya çıxan kişilər 1958 təvəllüdlü, qadınlar isə 1963 təvəllüdlü olacaq. Yəni 60 yaşlı kişilər, 55 yaşlı qadınlar. Əgər şəxsin 5 il sığorta stajı varsa o halda ona qocalığa görə təqaüd təyin edilir. Əlilliyə görə təqaüd isə, əlillik haqqında qanun çərçivəsində təyin edilir. Qanunda imtiyazlı şəxslərə də vaxtından əvvəl təqaüdə çıxmaq imkanı nəzərdə tutulub. Təqaüdlərim hesablanması regionlar üzrə müxtəlifdir. Belə ki, hər bir regionun öz əmsalı var. Bu da yaşayış səviyyəsi ilə bağlı olan amil hesab olunur. Misal üçün Mokvada yaşayan təqaüdçünün aldığı təqaüd ilə Dərbəndə yaşayan təqaüdçünün aldığı təqaüdün məbləğində 2 qat fərq var. Bu da Moskvada yaşayış səviyyəsinin daha yüksək olması ilə əlaqədardır. Moskvada pensiyaçı 16 min rubl təqaüd alırsa, digər şəhərdəki 8 min rubl alır. Rusiyada əmək pensiyalarının təyin olunmasında spesifik  xırdalıqlar var. Qanun 32 maddədən ibarət olsa da müəyyən məqamlar var ki, onlara diqqət etmək lazımdır. 30 il stajı olan, Moskvada yaşayıb, işləyən təqaüdçü Moskvadan qeydiyyatdan çıxaraq 6 aydan sonra yeni yaşayış üzrə qeydiyyat düşərsə, o halda onun aldığı əmək  təqaüdünüm məbləği olduğu kimi qalacaq. Əlavələr üçün, müraciət edilən vaxtadək 10 il Moskva qeydiyyatında olmaq tələb olunur. Əgər təqaüdçü sosial təqaüd alırsa, o işə girəndə onun aldığı təqaüdün indeksləşdirilməsi aparılmır. İşdən azad olunandan onra indeksləşdirmə həyata keçirilir. Digər bir məqam var, əgər 2-ci qrup əlil, əlilliyə və qocalığa görə təqaüd alırsa və işləyərsə, işləməyən pensiyaçıya tətbiq olunan imtiyazlardan istifadə edərək əlavə məbləğ ala bilməyəcək. Belə halda təqaüdçü işə girdiyi zaman mütləq Sosial təminat orqanına məlumat verməlidir. Başqa bir hissəni də diqqətə çatdırmaq istərdim, əgər şəxsin pensiyası, region üzrə yaşayış minimumdan aşağıdırsa və o heç yerdə işləmirsə, ona aztəminatlı ailə statusu verilib əlavə hüquqlar təyin edilməsi mümkün hesab olunur.Bunun üçün həmin şəxs aidiyyata quruma müraciət etməlidir"

Müəllif:Aynur Qəniyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9309
  • ₽ RUB
    0.0256