DÜNYA

2019-cu il Rusiya iqtisadiyyatı üçün nə vəd edir?
29 DEKABR 2018
468

2019-cu il Rusiya iqtisadiyyatı üçün nə vəd edir?

2018-12-29 16:43:00

Fins.az 2019-cu ildə dünyanın super güclərindən biri,Rusiyanın iqtisadiyyatı ilə bağlı ekspertlərin proqnozlarını sizin nəzərinizə çatırır. Çin Rusiyanın diqqətində olacaq. Belə ki, böyük dövlətlərin rəqabəti çərçivəsində Çinin Vaşinqtonla qarşıdurmada maraqlı olması Rusiyanın səyləri ilə üst-üstə düşür. Gələn il Rusiya ilə Çin iqtisadi, enerji əlaqələrini genişlədəcək, Pekin isə Rusiyada, xüsusilə Uzaq Şərqdə zavod, boru kəmərləri, avtomobil və dəmir yolları və başqa infrastruktur obyektlərinin tikintisinə kapital yatıracaq. İki ölkə, məsələn, Şanxay Əməkdaşlıq Təşkilatının himayədarlığı altında ikitərəfli, çoxtərəfli hərbi təlimlərin miqyasını genişlədərək hərbi əlaqələrini də inkişaf etdirəcək.Pensiya yaşının və ƏDV-nin artırılması kimi qeyri-populyar iqtisadi islahatlar ölkədə etirazlara səbəb olacaq. Etirazlar Aleksey Navalnı kimi müxalifətçilər tərəfindən təşkil ediləcək. Hakim “Vahid Rusiya” partiyasının mövqeyi zəifləyəcək, RFKP, RLDP və “Ədalətli Rusiya” kimi sistemin və ya Kremlə loyal münasibət sərgiləyən müxalifət partiyaları isə sentyabrda regional seçkilərdə qubernator kreslosu və parlament mandatları uğrunda mübarizə aparacaqlar.

Gələn il üçün  əlavə proqnzoları

— Ukraynada prezident və parlament seçkilərində kim qalib gəlirsə gəlsin, ölkə əvvəlki kimi xarici siyasətində Qərb inteqrasiyasını davam etdirəcək.

— Azərbaycanla İran arasında gərginlik yaranacaq, çünki Bakı Amerikanın çəkindirmə strategiyasına meyl edir.

— Rusiya ilə Çin Mərkəzi Asiyada, xüsusilə Tacikistanda və tacik-əfqan sərhəd zolağında əks-terror təşəbbüsləri çərçivəsində əməkdaşlıq edəcək.

— Rusiyanın Türkmənistandan təbii qaz idxalını bərpa etməsi davam edən iqtisadi tənəzzülü yüngülləşdirməyə kömək edəcək, Qərbin Trans Xəzər boru kəməri layihələrini həyata keçirməsinə mane olacaq.

Mühüm tarixlər

2019-cu ilin başlanğıcı  — Yaponiya baş naziri Abenin (Shinzo Abe) Rusiyaya səfəri gözlənilir.

2019-cu ilin başlanğıcı  — Rusiya prezidenti Vladimir Putin Vaşinqtona səfər edə bilər.

1 yanvar  — pensiya yaşının və ƏDV-nin artırılması haqqında qanun qüvvəyə minəcək.

1 yanvar  — Rusiya Türkmənistandan təbii qaz idxalını bərpa etməlidir.

24 fevral  — Moldovada parlament seçkiləri keçiriləcək.

31 mart  — Ukraynada prezident seçkiləri keçiriləcək.

İyun — Qırğızıstan ŞƏT sammitinə ev sahibliyi edəcək.

Sentyabr — Rusiyada regional seçkilər keçiriləcək.

27 oktyabr  — Ukraynada parlament seçkiləri baş tutacaq.

Dekabr  — Rusiyadan Çinə “Sibirin gücü” qaz kəmərinin istismara veriləcəyi gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9323
  • ₽ RUB
    0.0256