DÜNYA

İran prezidentindən ABŞ sanksiyaları barədə gözlənilməz açıqlama
28 DEKABR 2018
367

İran prezidentindən ABŞ sanksiyaları barədə gözlənilməz açıqlama

2018-12-28 12:21:00

Fins.az-ın məlumatına görə,İran Prezidenti Həsən Ruhani parlamentdə 2019-cu ilin dövlət büdcəsini təqdim edərkən bildirib ki, "İran neftdən bu qədər asılı olmasaydı, ABŞ-ın sanksiyaları daha az təsir göstərərdi.Ölkədə özəl bölmənin daha böyük rolu olsaydı, işlərin çoxu özəl bölmənin üzərinə düşsəydi, bu gün sanksiyaların təsiri də indikindən xeyli az olardı. Büdcənin bütün yükünü neft daşımasaydı, sanksiyalar daha az təsir göstərərdi”, - deyən dövlət başçısı ABŞ sanksiyalarından savayı, ölkədəki vəziyyətə təsir göstərən daha bir mühüm amili - iqtisadi sistemin köhnəlmş olmasını qeyd edib.Belə ki, onun fikrincə, düzgün qurulan iqtisadi sistem neft gəlirlərini nəzərə almadan belə dövlət büdcəsini tərtib etməyə imkan yaradardı.

Xatırladaq ki, bu ilin mayın 8-də ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramına dair sazişi tərk etdiklərini açıqlamış, avqustun 7-də və noyabrın 5-də isə bu ölkəyə qarşı sanksiyaları bərpa etdiklərini bildirmişdi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264