DÜNYA

Rusiya neft ixracını 2018-ci il səviyyəsində saxlamaq niyyətindədir
28 DEKABR 2018
192

Rusiya neft ixracını 2018-ci il səviyyəsində saxlamaq niyyətindədir

2018-12-28 10:04:00

Rusiyanın Energetika Nazirliyinin gələn il neft sahəsi ilə bağlı başlıca hədəflərindən biri neft ixracının həcmini 2018-ci il səviyyəsində saxlamaqdır.

Fins.az Report-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak jurnalistlərə bildirib.

“Xarici bazarlarda neftlə bağlı məqsədimiz ixracı eyni həcmlərdə saxlamaqdır. Hasilatın həcmi dəyişməsə, həm ixrac həcmini, həm də daxili istehlak həcmini əvvəlki səviyyədə saxlayarıq”, - deyə nazir qeyd edib.

Nazirliyin hesablamalarına görə, 2018-ci ildə ölkədən neft ixracı 0,2% artaraq 257,4 mln. tona, neft və qaz kondensatının hasilatı isə 1,6% artaraq 556 mln. tona çatdırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272