DÜNYA

Ukraynada prezident seçkiləri kampaniyası dekabrın 31-də başlayır
28 DEKABR 2018
183

Ukraynada prezident seçkiləri kampaniyası dekabrın 31-də başlayır

2018-12-28 09:30:00

Ukraynanın Mərkəzi Seçki Komissiyası(MSK) bu ilin 31 dekabrında prezident seçkiləri kampaniyasının başlanacağını elan edib.

Fins.az xəbər verir ki, müvafiq qərar bir gün əvvəl MSK-ın iclasında qəbul edilib.

Kampaniya 90 gün - 2019-cu ilin 31 martına qədər davam edəcək. Həmin gün isə səsvermə keçiriləcək.

Prezidentliyə namizədlərin irəli sürülməsi və sənədlərin qəbuluna fevralın 3-ədək vaxt verilib. Fevralın 8-də qeydiyyat prosesi başa çatacaq. Sonra MSK prezident postuna iddiaçıların son siyahısını elan edəcək. 

Əgər namizədlərdən heç biri 50 faizdən çox səs toplamasa, aprelin 21-də seçkilərin ikinci turu keçiriləcək. 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264