DÜNYA

Rusiyalı nazirdən Rusiyanın dollardan imtina etməsi ilə bağlı açıqlama
27 DEKABR 2018
259

Rusiyalı nazirdən Rusiyanın dollardan imtina etməsi ilə bağlı açıqlama

2018-12-27 14:49:00

Fins.az-ın məlumatına görə,Rusiyanın maliyyə naziri Anton Siluanov “Rossiya-24” telekanalına müsahibəsində  bildirib ki, Rusiyanın neft-qaz şirkətləri dollarsız alış və satış planlarını hökumətə təqdim edəcək.Nazir qeyd edib ki, Rusiyanın neft-qaz şirkətlərinin dedollarizasiya planı hazırdır və hökumətə təqdim olunacaq: “Bir müddət əvvəl bəzi böyük şirkətlərin rəhbərləri ilə görüşdük. Bunlar neft-qaz sektorunda fəaliyyət göstərən şirkətlərdir. Əməliyyatlarda dollardan imtina üçün bizə bir plan təqdim etmələrinə dair razılığa gəldik. Həmin şirkətlər öz əməliyyatlarında dollarla ödənişləri məhdudlaşdırmağa başladılar. Gələcəkdəki fəaliyyətə dair də bizə plan təqdim edəcəklər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9126
  • ₽ RUB
    0.0266