DÜNYA

Cənubi Koreya liderinin reytinqi tarixi minimuma enib
27 DEKABR 2018
189

Cənubi Koreya liderinin reytinqi tarixi minimuma enib

2018-12-27 14:39:00

Fins.az-ın "Tass"a istinadən verdiyi məlumata görə,  “Realmeter” agentliyinin keçirdiyi sosioloji sorğunun nəticələrindən məlum olub ki, Cənubi Koreya Prezidenti Mun Ce-inin reytinqi 43,8 faizə düşərək yeni tarixi minimuma enib. Bu, bir həftə öncəki göstəricidən 3,3 faiz aşağıdır.Sorğuya əsasən, prezidentin əleyhdarlarının sayı 5,5 faiz artaraq 51,6 faizə yüksəlib. Beləliklə, ölkə liderinin fəaliyyətini mənfi qiymətləndirənlərin sayı ilk dəfə olaraq müsbət qiymətləndirənlərin sayını üstələyib. Göstəricilər arasında fərq 7,8 faiz təşkil edib.Sosioloqların fikrincə, dövlət başçısının reytinqinin aşağı düşməsi bir sıra hadisələr, o cümlədən Prezident Administrasiyasında sənədlərin götürülməsi ilə bağlı qalmaqal, həmçinin mülki şəxslər və məmurlar barədə məlumatların qanunsuz toplanmasında Mun Ce-inin əlinin olması ehtimalı ilə əlaqədardır.Eyni zamanda, Cənubi Koreyanın hakim Demokratik “Toburo” partiyasının dəstək səviyyəsi 36,3 faiz, Koreya Azadlıq Partiyasının dəstək səviyyəsi isə 25,6 faizdir.Sorğu dekabrın 24-26-da ölkənin müxtəlif regionlarında yaşayan min nəfər arasında keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264