DÜNYA

Rusiya Tailandda dəmir yolu tikmək istəyir
27 DEKABR 2018
163

Rusiya Tailandda dəmir yolu tikmək istəyir

2018-12-27 11:29:00

Rusiya şirkətləri Tailandda yeni dəmir yolu xəttinin tikintisində iştirak etməyə, həmçinin bu ölkəyə dəmir yolu nəqliyyatı vasitələri tədarük etməyə hazırdır.

Fins.az-ın məlumatına görə, bunu Rusiya-Tailand hökumətlərarası komissiyasının iclasında RF sənaye və ticarət naziri Denis Manturov deyib.

Nazir bildirib ki, Rusiya Tailandda buğda və ət məhsulları ixracını artırmağa da hazırdır:

"Qarşılıqlı əmtəə dövriyyəsinin böyük potensialını kənd təsərrüfatı sahəsində də görürük. Öz növbəsində, Rusiya buğda, ət məhsulları kimi mallarının ixracını artırmağa hazırdır".

© Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264