DÜNYA

Rusiyadan tütün məmulatlarının satışı ilə bağlı yeni qərar
26 DEKABR 2018
349

Rusiyadan tütün məmulatlarının satışı ilə bağlı yeni qərar

2018-12-26 17:50:00

Fins.az-ın məlumatına görə, Rusiyanın Səhiyyə Nazirliyi 2019-2030-cu ildə tütün məmulatlarının istehlakının qarşısının alınması üzrə dövlət konsepsiyası layihəsi hazırlayıb. Əsas məqsəd 2050-ci ilədək tütün məmulatlarının istifadəsini tədricən azaltmaqdır.Səhiyyə Nazirliyi bu məmulatın mərhələli şəkildə dövriyyədən çıxarılması məsələsini də nəzərdən keçirir.Bildirilib ki, 2016-cı ildə Rusiya əhalisinin, təxminən, 1/3-i, yəni 40 milyondan çoxu siqaret çəkib. Nazirliyin hesablamasına əsasən, 2040-2050-ci ilədək tütün məmulatlarının satışının dayandırılması üçün bu zərərli vərdişə aludə olan vətəndaşların sayı 5 faizə endirilməlidir. Səhiyyə Nazirliyinin 2025-ci ilədək hədəfi tütün məmulatları istehlakçlarının sayının Rusiya üzrə 25 faizədək azaltmaqdır.Qeyd edək ki, Rusiyada 2013-cü ildə tütün əleyhinə qanun qəbul olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266