DÜNYA

Rusiya Venesuellanın enerji aktivlərini girov çəklində ələ keçirir
26 DEKABR 2018
219

Rusiya Venesuellanın enerji aktivlərini girov çəklində ələ keçirir

2018-12-26 15:59:00

Fins.az-ın məlumatına görə, ötən 10 il ərzində kiçik borclar, maliyyə yardımları müqabilində Rusiyanın indi dünyanın ən böyük neft ehtiyatlarına malik Venesuelada ən azı beş yataqda böyük payı var. Bundan başqa, Venesuela ehtiyacı olduğu 1,5 milyard dollar müqabilində ABŞ-dakı “Citgo” şirkətinin 49,9%-ni, o cümlədən üç neft emalı müəssisəsini və bütün ölkə boyu boru kəməri şəbəkəsini Rusiyanın dövlət neft nəhəngi “Rosneft”-ə girov şəklində təqdim edib.Venesuela hökumətinin başçılığı altında çalışan rus müşavirlər prezident Nikolas Maduroya müvəffəqiyyətsizliyə uğrayan hökumətini üzləşdiyi iflasdan çıxarmaq üçün strategiya işləyib hazırlamaqda kömək edir. Amerika sanksiyalarından yaxa qurtarmaq, neft ödəmə axınlarını saxlamaq üçün yeni “petro” rəqəmsal valyutasını tətbiq etməyə yardımçı olublar. Maduro hökuməti devrilsə, borcların qaytarılması üçün başqa kreditorların növbəyə durması fonunda Moskvaya borclar, Rusiyanın Venesuelanın neft-qaz aktivlərinə qanuni iddiaları illərlə davam edəcək məhkəmə prosesinə gətirib çıxara bilər. Artıq çoxları məhkəmədədir. Burada “Citgo” şirkətinin satışına sorğular da nəzərdən keçirilir. Korrupsiya, məşğulluq problemləri, neft qiymətinin ucuzlaşması ilə əlaqədar gəlirlərin azalması fonundasosialproqramları davam etdirməcəhdlərivə nəhayət, Amerika sanksiyaları 2013-cü ildə hakimiyyətə gələMaduroya deməkolar başqa seçim buraxmayıb. Sələfi Uqo Çavesin xarizmasına, siyasi iradəsinə malik olmayan Maduro iqtisadi vəziyyəti daha da çətinləşdirib.

Müəllif:Aynur Qəniyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9126
  • ₽ RUB
    0.0266