DÜNYA

Moskva Ukraynaya qarşı sanksiyaları genişləndirib
25 DEKABR 2018
165

Moskva Ukraynaya qarşı sanksiyaları genişləndirib

2018-12-25 17:17:00

Rusiya baş naziri Dmitri Medvedev Ukraynadan olan fiziki və hüquqi şəxslərə qarşı sanksiya siyahısının genişləndirilməsi haqqında qərarı təsdiqləyib.

Fins.az Gazeta.ru-ya istinadən xəbər verir ki, bu haqda Medvedev öz “Twitter” səhifəsində yazı paylaşıb.

Medvedevin sözlərinə görə, Ukraynanın fiziki və hüquqi şəxslərinə qarşı “xüsusi məhdudlaşdırıcı ölçülər” tətbiq olunacaq. Rusiyalı baş nazir ölçülərin nədən ibarət olacağını açıqlamayıb.

O bildirib ki, sanksiya siyahısının genişləndirilməsi “Rusiya dövləti, şirkətləri və vətəndaşlarının” maraqlarının qorunması baxımından vacib addım idi.

Bundan əvvəl Ukraynanın Nazirlər Kabineti Milli Təhlükəsizlik və Müdafiə Şurasına Rusiyaya qarşı sanksiyaların genişləndirilməsi təklifini irəli sürmüşdü.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264