DÜNYA

Bu ölkə üç illiyinə "yay vaxtı" ilə vidalaşacaq
25 DEKABR 2018
111

Bu ölkə üç illiyinə "yay vaxtı" ilə vidalaşacaq

2018-12-25 11:34:00

"STEM/MARK" agentliyi tərəfindən oktyabr ayında aparılan sorğunun nəticələri göstərib ki, Avropa İttifaqı ölkələrinin rəyi soruşulan 4,6 milyon sakinindən 80 faizi qış vaxtına keçid üçün saatların əqrəblərinin çəkilməsindən imtina edib.

Fins.az AZƏRTAC-a istinadən bildirir ki, Avropa İttifaqı ölkələrində 2001-ci ildən saatların əqrəbləri çəkilir.

İndi Çexiyada da 2021-ci ildə yay vaxtına keçid üçün saatların əqrəblərinin çəkilməsindən imtina edə bilərlər. Bu barədə Avropa İttifaqının müvafiq direktivinin ölkə Senatında müzakirəsi zamanı məlum olub. Bununla yanaşı, Avropa Komissiyası sənədin gələn ilin aprelində təsdiq olunmasının tərəfdarıdır. Praqa isə, öz növbəsində, bu məsələnin baxılmasını 2021-ci ilin aprelinədək təxirə salınmasını təklif edən Vyana ilə həmrəydir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9309
  • ₽ RUB
    0.0256