DÜNYA

Neft niyə bir həftədə 11% ucuzlaşıb?
25 DEKABR 2018
149

Neft niyə bir həftədə 11% ucuzlaşıb?

2018-12-25 10:24:00

Fins.az-ın məlumatına görə, dekabrın 21-i “Brent” markalı neftin qiyməti 1,1% aşağı düşərək 53,75 dollar təşkil edib.Həftə ərzində neftin qiyməti təxminən 11% ucuzlaşıb. Bu, üç il ərzində ən böyük həftəlik enişdir. “Brent” markalı neftin qiyməti ötən ilin iyul ayındakı minimumdan, 53 dollardan aşağı düşüb.  Maliyyə həftəsinə görə ucuzlaşma 10,8%-ə bərabər olub. Bu göstərici üç il ərzində ən böyük həftəlik eniş olub.Dörd həftə öncə “Brent” markalı neft cümə günündən cümə gününə kimi 11,9% ucuzlaşıb. Bu gün neftin qiyməti 52,81 dollaradək enib, həftəlik göstərici mənfi 12,4%-ə çatıb, hərçənd sonradan “Brent” markalı neft 1%-i bərpa edib. “OPEC+” kömək etməyibDekabrın əvvəli “OPEC+” formatında neft ixracatçıları arasında hasilatın məhdudlaşdırılmasına dair əldə olunan saziş qiymətlərə müvəqqəti təsir göstərib, onların 60-61 dollara yüksəlməsinə səbəb olub. Dekabrın 13-ü Beynəlxalq Enerji Agentliyi  bildirib ki, görünür, “Brent” markalı neftin kotirovkaları 60 dollarlıq səviyyəyə çatıb. Lakin neft tezliklə son ayların neqativ trendinə geri dönüb. Belə ki, o, son 11 həftənin 9-da ucuzlaşmaya davam edir, dövrün başlamasından bu yana dəyərinin üçdə birini itirib.

Neft qiymətinin ucuzlaşmasının əsas amilləri güclənir. Bunlara ABŞ-da şist hasilatı bumu (cari ildə ABŞ dünyanın ən böyük neft istehsalçısına çevrilib) ilə əlaqədar təklifin çoxluğu və yanacağa daha aşağı tələbi nəzərdə tutan qlobal iqtisadi artımın yavaşıması daxildir.Dünya Bankının məlumatına əsasən, dünya ÜDM-nin təxminən 40%-i ABŞ ilə Çinin payına düşür. Çində iqtisadi gündəlikdə duran əsasə məsələ artım sürətinin yavaşımasıdır. ABŞ-da isə əsas fond indeksləri on il ərzində ilk illik enişə yaxınlaşır. İtqisadçılar ressesiya ehtimalını müzakirə edir.Ötən həftə çərşənbə axşamı ABŞ Federal Ehtiyat Sistemi  ekspertlərin iqtisadi artım sürətinin yavaşıması ilə bağlı əndişələrini təsdiqləyib, gələn il üçün ÜDM üzrə artım proqnozunu 2,5%-dən 2,3%-ə endirib. FES əsas faiz dərəcəsini daha dörd faiz artırıb, ilik 2,25%-dən 2,5%-dək yüksəldib və 2019-cu ildə daha iki artım proqnozlaşdırıb.Amerika indekslərinə, dolayısıyla neft qiymətlərinə təsir edən ABŞ iqtisadiyyatı üçün siyasi risk amili federal hökumətin işini qismən dayandırması (shutdown) təhlükəsidir. Demokratlar və respublikaçılar arasında ikiyə parçalanmış Konqres büdcə xərcləri ilə bağlı razılığa gələ bilməyəcəyi təqdirdə, Vaşinqton vaxtı ilə şənbə günü gecə yarısı “shutdown” baş verəcək. Belə ki, ABŞ  prezidenti Donald Tramp (Donald Trump) Meksika ilə sərhəddə divarın inşasına 5,7 milyard dollar ayrılmasını tələb edir, demokratlar isə buna qarşı çıxır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264