DÜNYA

"Səudiyyə Ərəbistanı ABŞ-ın əvəzinə Suriyanın bərpasını maliyyələşdirəcək"
25 DEKABR 2018
539

"Səudiyyə Ərəbistanı ABŞ-ın əvəzinə Suriyanın bərpasını maliyyələşdirəcək"

2018-12-25 10:03:00

Səudiyyə Ərəbistanı hökuməti ABŞ-ın əvəzinə Suriyanın bərpası üçün vəsait ayırmağa razılaşıb.

Fins.az Report-a istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp özünün "Twitter" səhifəsində yazıb.

"Səudiyyə Ərəbistanı ABŞ-ın əvəzinə Suriyanın bərpası üçün lazımi vəsait ayırmağa razılıq verib. Görürsünüz? Məgər Suriyadan 5 min milməsafədə olan böyük ABŞ-ın deyil, fövqəladə zəngin ölkənin qonşularının bərpasına kömək etməsi xoş deyil?", - deyə o yazıb.

ABŞ prezidenti daha əvvəl bildirib ki, Suriyada İŞİD-in qalıqlarının məhv edilməsi ilə yerli ölkələr, o cümlədən Türkiyə məşğul olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9369
  • ₽ RUB
    0.0256