DÜNYA

Çindən xaricə daha çox mal ixrac etmək üçün gözlənilməz addım
24 DEKABR 2018
150

Çindən xaricə daha çox mal ixrac etmək üçün gözlənilməz addım

2018-12-24 15:16:00

Fins.az-ın məlumatına görə, 2019-cu ildə Çin, xammalın tədarükünü təmin etmək və ixracın həcmini artırmaq üçün bir sıra məhsullara, o cümlədən, alternativ heyvan yemi üçün idxal tarifləri də daxil olmaqla, idxal və ixrac rüsumlarını ləğv etməyi planlaşdırır.2019-cu il yanvarın 1-dən başlayaraq alternativ qidalanma yemlərinə idxal rüsumları ləğv ediləcək, bu haqda ÇXR-nın maliyyə nazirliyinin mesajında deyilib.Çin soya lobyasını heyvan yemi kimi istifadə edir. Qeyd edək ki, ölkə dünyanın ən böyük donuz ehtiyatlarına malikdir.Soya tədarükünə görə isə dünya üzrə ABŞ-dan sonra ikinci yer tutur.İyulda ticarət mübahisəsinə cavab olaraq Çin, ABŞ-dan soya lobyasına 25% idxal rüsumunu tətbiq edib. Sonrakı dövrdə Pekin, ABŞ-dan soya idxalını demək olar ki tamamilə dayandırmışdır.Banker.az-ın xəbərinə görə, Çin qısamüddətli fasilədən sonra, dünyada iki aparıcı iqtisadiyyat arasındakı “ticarət razılaşması” çərçivəsində Amerikadan soya idxalını bərpa etmişdir. Lakin, satınalmaların həcmi əhəmiyyətsiz, idxal rüsumları isə olduqca yüksək olmuşdur.Pekin əvvəlcə heyvan yemlərinin tərkibində zülalın miqdarını azaltmaqla yanaşı, alternativ yemlərinin idxalını artırmaq üçün yollar axtarmağa başlayıb. Bütün bunlarda əsas məqsəd, Amerika soya yeməklərinə olan asılılığının azaldılması olmuşdur.ÇXR-in maliyyə nazirliyi, bəzi əczaçılıq məhsulları üçün xammalın idxal rüsumlarının da sıfıra endirəcəyini bildirdi.Çin həmçinin yerli təyyarə istehsal sənayesinin inkişafına kömək etmək məqsədi ilə aviasiya mühərriklərinə idxal rüsumlarını 1% səviyyəsində saxlayacaq.İxracata gəldikdə isə gələn il Çin gübrə, dəmir filizi və ağac sellülozu da daxil olmaqla, 94 məhsul üzrə heç bir rüsum almayacaq.

 

Müəllif:Aynur Qəniyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9309
  • ₽ RUB
    0.0256