DÜNYA

OPEC 2019-cu ildə neft hasilatı ilə bağlı planlarını açıqlayıb
24 DEKABR 2018
145

OPEC 2019-cu ildə neft hasilatı ilə bağlı planlarını açıqlayıb

2018-12-24 12:41:00

Fins.az-ın məlumatına görə, 2019-cu ildən etibarən Neft İxrac Edən Ölkələr Təşkilatı OPEC-ə üzv ölkələr sutkalıq hasilatı 3 faiz azaldacaq. Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri Suhail Mohamed Al Mazrouei deyib. O bildirib ki, OPEC-ə üzv olmayan ölkələr isə neft istehsalını 2 faiz aşağı salacaq.“OPEC və qeyri-OPEC ölkələrinin gələn ilin yanvar ayının əvvəlindən etibarən gündəlik neft istehsalını 1,2 milyon barrel səviyyəsində azaltmaları bazarda tarazlığı təmin edəcək. Bu prosesin 2019-cu ilin ilk aylarında olması gözlənilir. Neft istehsalının azaldılmasına dair razılaşmanın müddətinin uzadılması üçün hər hansı problem olmayacaq və istehsalçılar bazarın tələbinə cavab verəcək”, - deyə nazir əlavə edib. Xatırladaq ki, OPEC və OPEC+ üzrə neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı razılıq əldə olunub. Gələn ilin yanvar ayından qüvvədə olacaq və 6 ayı əhatə edəcək bu qərar üzrə Azərbaycan sentyabrda gündəlik 796 min barrel olan neft hasilatını növbəti ildən təxminən 20 min barrel azaldılması ilə bağlı öhdəlik götürüb. Azərbaycan gələn ildən neft hasilatını sutkada 776 min barrel həcmində saxlamalıdır. Noyabr ayı üzrə ölkədə gündəlik neft istehsalı 801 min barrel olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266