DÜNYA

İranın borcları azalıb
24 DEKABR 2018
122

İranın borcları azalıb

2018-12-24 09:48:00

İranın xarici borcları cari ilin (21 mart 2018-dən başlayaraq) 7 ayı ərzində ilin əvvəli ilə müqayisədə 10,7% azalıb.

Fins.az-ın Trend - ə istinadən xəbər verir ki, bu göstəricilər İranın Mərkəzi Bankının statistikasında qeyd olunub.

İranın Mərkəzi Bankının bildirdiyinə görə, 7-ci ayın sonunda İranın xarici borclarının həcmi 10 milyard 93 milyon dollardır. 6 milyard 198 milyon dollar orta və uzunmüddətli borclar, 3 milyard 198 milyon dolları isə qısamüddətli borclardır.

 

İranın borcu avro əsasında da 8 milyard 765 milyon avro hesablanıb. 5 milyard 987 milyon avro orta və uzunmüddətli borclar, 2 milyard 777 milyon avro isə qısamüddətli borclardır.

İranın borcları 6-cı ayın sonunda 10 milyard 317 milyon dollar olub. Xarici borclar 1-ci ayın sonunda 11 milyard 305 milyon dollar olub. Ümumilikdə 7 ay ərzində İranın xarici borcları azalıb.

İranın Mərkəzi Bankın xarici əmlakı bu il 6-cı ayın sonunda 45,19 trilyard rial (təxminən 1,07 trilyon dollar) olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266