DÜNYA

ABŞ hökuməti fəaliyyətini qismən dayandırıb
23 DEKABR 2018
235

ABŞ hökuməti fəaliyyətini qismən dayandırıb

2018-12-23 00:01:00

Fins.az-ın məlumatına görə, ABŞ Hökuməti maliyyə çatışmazlığı səbəbindən öz fəaliyyətini qismən dayandırıb. “Shutdown” adlandırılan bu proses, Meksika ilə sərhəddə divarın tikintisi üçün vəsaitin ayrılması məsələsi ilə bağlı Konqresdə respublikaçılar və demokratlar arasında danışıqların iflasa uğramasının nəticəsi olub. ABŞ qanunvericiləri ölkədə oktyabrın 1-də başlayan 2019-ci maliyyə ili üçün hələ də büdcəni qəbul etməyiblər. Büdcə dekabrın 21-dək təsdiq olunmalı idi, lakin Konqresin hər iki palatası cümə günü öz iclaslarını kompromis qətnamə qəbul etmədən yekunlaşdırıb. Hökumətin, təxminən, dörddə bir hissəsi, o cümlədən Dövlət Departamenti, Maliyyə, Ticarət və Daxili Təhlükəsizlik nazirlikləri maliyyələşdirmədən kənarda qalıb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9323
  • ₽ RUB
    0.0256