DÜNYA

Rusiya İslam Əməkdaşlıq Təşkilatına yeni daimi nümayəndə təyin edib
21 DEKABR 2018
124

Rusiya İslam Əməkdaşlıq Təşkilatına yeni daimi nümayəndə təyin edib

2018-12-21 17:04:00

 Rusiya Prezidenti Vladimir Putin Xəzəryanı ölkələrlə iqtisadi və humanitar əməkdaşlıq məsələri ilə bağlı dövlət başçısının xüsusi nümayəndəsi Ramazan Əbdülətifovu həmin vəzifədən azad edərək İslam Əməkdaşlıq Təşkilatının (İƏT) nəzdində daimi nümayəndə təyin edib.

Fins.az “İnterfax”a istinadən xəbər verir ki, bununla yanaşı, Rusiya Prezidenti İƏT-dəki əvvəlki daimi nümayəndə Sergey Kozlovun həmin vəzifədən azad olunması haqqında fərman imzalayıb.

Qeyd edək ki, R.Əbdülətifov oktyabr ayında könüllü olaraq Dağıstan Respublikası başçısı vəzifəsindən istefa verdikdən az sonra Xəzər əməkdaşlıq məsələrinə dair xüsusi nümayəndə vəzifəsinə təyin edilmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9369
  • ₽ RUB
    0.0256