DÜNYA

Boomberg yazarından Rusiya ilə OPEC münasibətləri barədə gözlənilməz açıqlama
21 DEKABR 2018
107

Boomberg yazarından Rusiya ilə OPEC münasibətləri barədə gözlənilməz açıqlama

2018-12-21 14:07:00

Fins.az-ın məlumatına görə,Culian Li “Bloomberg” nəşrində dərc olunan məqaləsində yazır ki, əgər bu vaxta qədər kimsə “OPEC”-in zombi təşkilatdan başqa bir şey olduğuna şübhə edirdisə, son 10 gün bunun belə olmadığını sübut edib.“OPEC” təkbaşına qərar qəbul etmək iqtidarında olmadığını nümayiş etdirib. Təşkilatın ən güclü üzvləri hasilat həcminin məhdudlaşdırılması ilə bağlı sazişə görə əsas zərbəni qəbul etməli olublar. Rusiyanın baş ofisdəki müzakirələrin gedişatına nəzarəti ələ keçirməsindən sonra sazişlə bağlı razılıq əldə edilib. Hətta Səudiyyə Ərəbistanı yanvara kimi sutkalıq hasilat həcmini bir milyon barel azaldacağını söylədikdən sonra da neft treyderləri sadəcə çiyinlərini çəkiblər.Bu, keçmişdə ən müxtəlif dövlətləri həyəcana salan təşkilat üçün acınacaqlı yekundur. Bəs bu, necə oldu?Dekabrın 6-ı “OPEC”-ə üzv ölkələrin neft nazirləri təşkilatın mərkəzi ofisində bir araya gəliblər. Tələbatın zəifləməsi və ABŞ-da hasilat həcminin kəskin artması onları 2019-cu ildə bazarı balanslaşdırmaq məqsədilə hasilat həcmini məhdudlaşdırmağa vadar edib. Lakin onlar bu yükü öz aralarında bölüşmək məsələsində razılığa gələ bilməyiblər.Səudiyyə Ərəbistanı bütün üzvlərin eyni rol oynamasında, yəni hasilatı bərabər həcmdə azaltmalı olduğunda israr edib. “OPEC”-in ən böyük istehsalçısı olan Səudiyyə Ərəbistanının may ayından hasilatı sutkalıq bir milyon bareldən çox artırdığını nəzərə alsaq, rəqibləri bazarı balanslaşdırmaq üçün əsas yükü krallığın üzərinə götürməli olduğunu iddia ediblər. Üstəlik, İran düşdükləri xüsusi vəziyyətin onlardan xüsusi şərtlər tələb etdiyini iddia edən qrupa başçılıq edib.Bu mübahisələr 2016-cı ilin aprel ayı Dohada sazişin imzalanmasına mane olan vəziyyəti xatırladıb. Heç kim həmin vəziyyətin təkrarlanmasını istəməyib. Amma dekabrın 6-ı axşam saatlarına kimi məmurlar saziş əldə edə bilməyiblər və Səudiyyə Ərəbistanının neft naziri Xalid əl-Falih (Khalid Al-Falih) belə bir sazişin ümumiyyətlə mümkün olub olmamasına “əmin olmadığını” bildirib. Lixtenşteynlər sarayındakı rəsmi şam yeməyinə nümayəndə heyətlərinin hamısı qatılmayıb. Səudiyyə Ərəbistanı və İranın nümayəndələri tədbirə məhəl qoymayıblar.“OPEC” üzvlərinin təşkilatın tərəfdaşları ilə görüşməli olduğu cümə günü bir qədər yaxşı başlayıb. “OPEC” ölkələrinin nazirləri yenidən müzakirələrə başlayıblar. Lakin danışıqlar nəticəsiz qalıb və “OPEC+” görüşünü günün ikinci yarısına keçirmək lazım gəlib.

Sonra isə ruslar gəlib.

Adətən danışıqlardakı mövqelərin formalaşdığı ikitərəfli müzakirələr əsas “OPEC” danışıqlarının başlamasından bir neçə gün və ya bir neçə saat öncə meydana çıxan adi vəziyyətdir. Bu müzakirələr adətən müxtəlif ölkələrin nümayəndə heyətlərinin yerləşdirildiyi Vyananın ən dəbdəbəli hotellərindən birində aparılır. Və son bir neçə ildə Rusiya bu müzakirələrdə aktiv iştirak etməyə başlayıb.

Ancaq cümə günü səhər saatlarında Vyanaya çatan Rusiyanın energetika naziri Aleksandr Novak birbaşa “OPEC”-in baş ofisinə yollanıb. Əgər “OPEC”-in süqutunun hər hansı rəmzi varsa, onda bu odur. Sonra Novak İranın neft naziri, ardınca krallığın neft naziri ilə görüşüb. Hər iki görüş 45 dəqiqə sürüb. Və iki saatdan sonra “OPEC” ölkələri razılığa gəliblər. İran, Liviya və Venesuela israr etdikləri güzəştləri əldə etsələr də, yekun kommyunikedə bu barədə heç nə qeyd olunmayıb.

Əldə edilən saziş kağızda ədalətli və məntiqli görünür. “OPEC” cari ilin oktyabr ayı ilə müqayisədə sutkalıq hasilatı 800 min barel azaldacaq və təşkilatın üzvləri hasilat həcmini 3% məhdudlaşdıracaq. Təşkilatın tərəfdaşları hasilat həcmini 2% azaldacaq ki, bu da sutkalıq daha 400 min barel deməkdir. Gələn ilin birinci yarısında tələb-təklifi balanslaşdırmaq üçün belə bir həcmk kifayət edəcək.

Səudiyyə Ərəbistanı daha da irəli gedib. Əl-Falihin sözlərinə görə, krallıq noyabrda 11,1 milyon barellik hasilat həcmini yanvarda 10,2 milyon barelədək azaldacaq.Bu, kifayət qədər böyük ixtisardır, ancaq yenə də sazişin ilkin variantında yazılan göstəricidən 150 min barel çoxdur.Yeni “OPEC+” sazişində şərtlərin bərabər olmadığı göz qabağındadır. May-oktyabr dövründə Səudiyyə Ərəbistanı, Rusiya, BƏƏ və İraq sutkalıq hasilat həcmini ümumi 1,6 milyon barel artırıb. Bu, nəinki bazarın dolmasına səbəb olub, eyni zamanda əvvəlkilərlə müqayisədə hasilatın məhdudlaşdırılmasından öncə bu ölkələri daha yüksək start nöqtələri ilə təmin edib. “OPEC”-in digər üzvləri hasilatı daha aşağı başlanğıc nöqtəsindən azaltmalı olublar.

Nəticədə “OPEC” təşkilatının daha zəif istehsalçıları 2016-cı il kartelin yürütdütü siyasət nəticəsində meydana çıxan yükün əsas hissəsini öz üzərlərinə götürmək məcburiyyətində qalıblar.Qərar qəbulu prosesinə nəzarətin Kremlə ötürülməsi bu təşkilata, xüsusilə onun daha zəif üzvlərinə baha başa gəlib. Onlardan bəziləri artıq maraqlarının diqqətə alınmadığını hiss ediblər. Yeni saziş onların baxışlarını dəyişməyə kömək etməyəcək və “OPEC”-in güclü üzvləri ilə zəif iştirakçıları arasında fərq artacaq.Rusiya bu kartı çox yaxşı oynaya bilib. O, sutkalıq 11,42 milyon barel təşkil edən oktyabr göstəricisindən sutkalıq hasilatı 230 min barel azaltmağa razılıq verib. Yəni Rusiya hasilatı sutkalıq 11,9 milyon barelədək azaldacaq ki, bu da 2016-cı ildəki ilkin göstəricidən sadəcə 15 min barel azdır. Dolayısıyla, söhbət cəmi 0,1%-lik ixtisardan gedir.İndi isə Rusiyanı “OPEC” üzvü Əlcəzairlə müqayisə edin. Sonuncunun hasilat həcmi birincinin hasilat həcminin təxminən onda birinə bərabərdir. Əlcəzair üçün yeni hədd sutkalıq 1,023 milyon barel olacaq və ölkə hasilatı 66 min barel məhdudlaşdırmalı olacaq ki, bu da 2016-cı ildəki başlanğıc nöqtədən 6,1% azdır.

Bütün bunlar nəyə gətirib çıxaracaq?

Neft bazarları xəbərə laqeydliklə cavab veriblər. Saziş haqda xəbərdən dərhal sonra baş verən qısamüddətli yüksəlişdən sonra “Brent” markalı neft görüşdən əvvəlki göstəricisindən də aşağı düşüb. Ola bilsin, treyderlər “OPEC”-in sazişi gerçəkləşdirə biləcəyinə inanmırlar, ya da sənəd qüvvəyə minənəcən gözləyirlər.Ümumiliyyətlə “OPEC” çox şey itirib və demək olar heç nə əldə etməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.935
  • ₽ RUB
    0.0256