DÜNYA

Ağ Ev rus biznesmen Deripaskanın şirkətləri ilə bağlı fərqli qərar qəbul edib
21 DEKABR 2018
128

Ağ Ev rus biznesmen Deripaskanın şirkətləri ilə bağlı fərqli qərar qəbul edib

2018-12-21 10:35:00

Fins.az-ın məlumatına görə, The New York Times” qəzetinin müxbiri Kennet Vogel bildirib ki,“Çərşənbə axşamı Tramp administrasiyası Rusiyanın ən nüfuzlu oliqarxlarından biri Oleq Deripaskanın biznes imperiyasına qarşı tətbiq etdiyi sanksiyaları ləğv etmək niyyətində olduğunu elan edib. Bu bəyanat Deripaskanın şirkətləri aktiv lobbi kampaniyası həyata keçirdikdən sonra səslənib”Maliyyə nazirliyinin uzun müddət təxirə salınan qərarı həm siyasi, həm iqtisadi baxımdan həssas məsələyə toxunur və bəzi demokratlar, eləcə də xarici siyasi analitiklər tərəfindən tənqidə səbəb olub. Onlar bildiriblər ki, administrasiya davranışı ilə bağlı Moskvaya yanlış mesaj göndərir.Qeyd edilən şirkətlər alüminium sənayesinin ən böyük müəssisələri siyahısına daxildir və onların aqibəti beynəlxalq metal bazarını narahat edir. Və Trampın rusların 2016-cı il seçkilərə müdaxiləsi ilə əlaqədar xüsusi prokurorun araşdırması altında olduğu bir vaxtda Deripaskanın Rusiyadakı mövqeyi onun xeyrinə verilən qərar kimi qiymətləndirilən istənilən qərarı administrasiya üçün qeyri-müəyyən şəklə salır. Xatırladaq ki, Deripaskaya, eləcə də dünyanın ikinci ən böyük alüminium şirkəti “Rusal” da daxil olmaqla, onun başçılıq etdiyi müəssisələrə qarşı sanksiyalar apreldə həyata keçirilib. Bu, Rusiyanın seçkilərə müdaxiləsi və Moskvanın başqa düşmən fəaliyyətinə cavab tədbiri kimi tətbiq edilib.Bu qərar maliyyə nazirliyinin məlumatda Deripaskaya işlədiyi deyilən, Rusiya hərbi kəşfiyyat idarəsinin keçmiş zabitinə, həmçinin 2016-cı il prezident seçkilərinə müdaxilə ilə əlaqəli olan Rusiyanın bir neçə kəşfiyyat zabitinə qarşı yeni sanksiya paketinin qüvvəyə mindiyini bəyan etdiyi gün elan edilib.Prezident Corc Buşun dövründə Ağ Ev və Dövlət Departamentində Rusiya ilə əlaqəli məsələlərlə məşğul olan Devid Merkel bildirib ki, Deripaskanın şirkətlərindən sanksiyaların götürülməsi “yanlış mesaj göndərir”. Bu addımların Rusiyanın beynəlxalq sularda Ukraynaya məxsus üç hərbi gəmini və 23 dənizçini ələ keçirməsindən cəmi bir ay sonra həyata keçirildiyinə diqqət çəkən Merkel qeyd edib ki, “zaman doğru seçilməyib, çünki Putinə yaxın şəxslərin sanksiyalardan uzaqlaşdırıldığına dair təəssürat yaranır”.Maliyyə naziri Stiven Mnuçin yuxarıda qeyd edilən addımı dəstəklədiyi bəyanatında bildirib ki, şirkətlər “davranışlarına görə” yox, onlara Deripaskanın rəhbərlik etdiyi üçün cəzalandırılıb.Obama administrasiyasında Dövlət Departamentində sanksiya məsələləri üzərində çalışan Piter Harrel bu sazişin “klassik kompromis” kimi göründüyünü söyləyib. Onun sözlərinə görə, bu, eyni zamanda Maliyyə Nazirliyinin sanksiya məsələsinə nəzarət edən Xarici Aktivlərə Nəzarət İdarəsinin  ilkin yanaşmasının nəticəsi də ola bilər.“Təxmin edirəm ki, İdarə “Rusal”a tətbiq edilən saksiyaların iki həftə ərzində alüminiumun beynəlxalq bazardakı qiymətlərinin 20% artmasına gətirib çıxaracağını başa düşməyib və bu, onu Deripaskanı sanksiya paketində saxlamaqla, “Rusal”ı siyahıdan çıxarmaq üçün saziş imzalamağa həvəsləndirib”,  - o, deyib.Oliqarxın planları ilə tanış olan şəxslər məlumat veriblər ki, Deripaskanın nümayəndələri biznesmenə qarşı sanksiyaların ləğvinə nail olmaq üçün fəaliyyətlərini genişləndirməyi planlaşdırırlar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9369
  • ₽ RUB
    0.0256