DÜNYA

ABŞ İraqa qarşı sanksiyalardan güzəştə gedib
21 DEKABR 2018
168

ABŞ İraqa qarşı sanksiyalardan güzəştə gedib

2018-12-21 10:09:00

Fins.az-ın məlumatına görə, ABŞ İraqa İrana qarşı qüvvədə olan sanksiyalarına görə güzəştə gedib. “Rudaw” telekanalının verdiyi məlumatda bildirilir ki, rəsmi Bağdad Tehrandan təbii qaz və elektrik enerjisi idxal etmək üşün 90 günlük möhlət qazanıb.Bu da tərəflər arasında aparılan danışıqlar nəticəsində əldə edilib.Qeyd edək ki, noyabrın 9-da ABŞ hökuməti təbii qaz və elektrik enerjisi tədarükü üçün alternativ mənbələr tapmaq üçün İraqa 45 günlük möhlət verməyə hazır olduqlarını bildirmişdi. İraq İrandan gündəlik 28 milyon kubmetr təbii qaz və 1,3 mVt elektrik enerji idxal edir.Xatırladaq ki, ABŞ İranın neft sektoruna qarşı sanksiyaları noyabrın 5-dən tətbiq edib. ABŞ Maliyyə Nazirliyisanksiyaların 700-dən artıq hüquqi və fiziki şəxsə qarşı yönəldildiyini açıqlamışdı.

Müəllif:Aynur Qəniyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9126
  • ₽ RUB
    0.0266