DÜNYA

FED-in faizləri artırması fonunda Yaponiya rəsminlərinin fövqaladə İCLASI
20 DEKABR 2018
320

FED-in faizləri artırması fonunda Yaponiya rəsminlərinin fövqaladə İCLASI

2018-12-20 16:38:00

Fins.az-ın məlumatına görə, Yaponiya Maliyyə Nazirliyi Tokio Fond Birjasında  səhmlərin kəskin enişi ilə bağlı Mərkəzi Bankla birlikdə fövqəladə məsləhətləşmə keçirmək barədə qərar qəbul edib.bu addım qiymətli kağızlar bazarında yaranan vəziyyətlə bağlı hökumətin narahatlığını əks etdirir. Dekabrın 20-də Tokio Fond birjasında Asiyanın ən böyük indeksi olan “Nikkey” son 15 ayın ən aşağı həddinə enib. Bu indeks bir gün əvvəlki göstərici ilə müqayisədə 2,84 faiz itirib. Bunun ABŞ Federal Ehtiyat Sisteminin uçot dərəcəsini qaldırmaq barədə qərarından sonra baş verdiyi bildirilir ki, bu da öz növbəsində bazar oyunçularına təsir edib.Nəticədə Nyu-Yorkadakı hərraclarda “Dow Jones” indeksi də son 13 ayın ən aşağı həddinə düşüb. Tokiodan əlavə, Şanxay və Honkonq da daxil olmaqla digər Asiya birjalarında səhmlərin məzənnəsinin kəskin endiyi qeyd olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264