DÜNYA

ABŞ-ın sutkalıq neft istehsalı 11,6 milyon barreldir
20 DEKABR 2018
120

ABŞ-ın sutkalıq neft istehsalı 11,6 milyon barreldir

2018-12-20 15:25:00

Birləşmiş Ştatların gündəlik xam neft hasilatı 11,6 milyon barrel səviyyəsindədir.

Fins.az xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir.

Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-ın neft istehsalı əvvəlki həftə ilə müqayisədə orta hesabla 7 min barrel artaraq sutkada 11,6 milyon barrel təşkil edib. Bu, ölkə tarixində neft istehsalının ən yüksək səviyyəsidir. ABŞ-ın neft hasilatı sonuncu dəfə 1970-ci ilin noyabrında maksimum – gündəlik orta hesabla 10,04 milyon barrel təşkil edib.

Xam neft istehsalı Alyaskada 7 min barrel artıb, digər ştatlarda isə dəyişiklik olmayıb. Bununla da, Birləşmiş Ştatların gündəlik neft hasilatında son 49 həftənin 39-da artım qeydə alınıb.

Keçən həftə ABŞ-ın neft idxalı əvvəlki həftəyə görə 30 min barrel artaraq gündəlik 7,42 milyon barrelə çatıb. Ölkənin xam neft ixracı da əvvəlki həftə ilə müqayisədə 51 min barrel çoxalaraq sutkada 2,32 milyon barrel olub.

Beynəlxalq Enerji Agentliyinin proqnozuna görə, ABŞ dünyanın ən böyük xam neft istehsalçısı ola bilər.

EIA-nın noyabr ayı üzrə proqnozuna görə, ABŞ-ın xam neft istehsalı bu il sutkalıq orta hesabla 10,9 milyon barrel, gələn il isə 12,1 milyon barrel təşkil edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.935
  • ₽ RUB
    0.0256