DÜNYA

Türkiyə ABŞ-la çəkişmədə qalib gəldi
20 DEKABR 2018
227

Türkiyə ABŞ-la çəkişmədə qalib gəldi

2018-12-20 11:05:00

Türkiyə ÜTT-dəki ABŞ-la olan çəkişmədə qalib gəlib. Mübahisə Türkiyənin polad və alüminiumuna tətbiq olunan vergilərin artırılması mövzusu ətrafında gedib. Banker.az xəbər verir ki, bu haqda Türkiyənin ticarət naziri olan Ruhsar Pekcan xəbər verib.

“Türkiyə 18 dekabrda ABŞ-ın iddiası ilə bağlı olmuş araşdırmalarda qalib gəlib. Bu məsələyə ÜTT-də fəaliyyət göstərən mübahisələrin tənzimlənməsi mexanizmi çərçivəsində baxılıb”,- Pekcan bildirib.

Onun sözlərinə görə, ÜTT-də polad və alüminium ticarət sektorunda böyük bir iş görülmüşdü.

ABŞ prezidenti Donald Tramp, avqust ayında Türkiyədən alüminium və polad üzərinə vergilərin ikiqat artırılması ilə bağlı göstəriş verdiyini söyləyib. Vergilərin müvafiq olaraq 20% və 50%-a qədər artırılması nəzərdə tutulur. Bu, Türk lirasının tarixi minimuma düşməsinə səbəb olub.

Buna cavab olaraq, Ankara  tütün, alkoqol, avtomobil, gözəllik məhsulları, düyü və meyvələr daxil olmaqla, Amerika mallarının 22 növü üzərinə vergiləri artırıb, Ümumilikdə isə bu məbləğ $533 milyon təşkil etmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264