DÜNYA

Türkiyə höküməti bu məhşur iş adamına məhkəmədə uduzdu
19 DEKABR 2018
301

Türkiyə höküməti bu məhşur iş adamına məhkəmədə uduzdu

2018-12-19 15:32:00

Fins.az-ın məlumatına görə, iş adamı və keçmiş siyasətçi Cem Uzan Türkiyə dövləti tərəfindən mülkiyyətinə qoyulmuş həbs qərarı ilə bağlı məhkəmədə qalib gəlib.Bu barədə Fransanın“Frans-Press” agentliyi məlumat yayıb. Məlumatda bildirilir ki, Türkiyədə korrupsiya ittihamı ilə cəzalandırılmış, lakin Fransada mühacir həyatı yaşayan Cem Uzanın iddiası təmin edilib. Məhkəmənin qərarına görə, Türkiyə dövləti Cem Uzanın həbs edilmiş mülkiyyətini qaytarmalıdır.Qərardan apellyasiya şikayəti verildiyi üçün o, hələlik qüvvəyə minməyib. Xatırladaq ki, 2017-ci ilin avqust ayında Cem Uzanın Parisdəki evinə icra məmurları tərəfindən basqın edilmiş, onun seyfləri məcburən açılmış və 2,1 milyard dollarlıq səhmləri həbs edilmişdi. Bildirildiyinə görə, bu səhmlərin əksəriyyəti “ÇEAŞ” və “Kəpəz” elektrik enerjisi paylayıcı şirkətlərinə aiddir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0256