DÜNYA

Venesuela defoltla üzləşə bilər
19 DEKABR 2018
136

Venesuela defoltla üzləşə bilər

2018-12-19 10:35:00

Venesuela hökuməti borclarına dair ödəmələri növbəti dəfə köçürmədiyinə görə 5 sərmayə fondu tərəfindən bondları erkən bağlamaq və faizləri ödəmək tələbləri ilə üzləşib.

Fins.az xəbər verir ki, müddəti 2034-cü ilədək olan 1,5 milyard dollar məbləğində avrobondlar üzrə 140 milyon dollarlıq ödəmələri gecikdirən hökumət qanuna əsasən həmin tələbləri dərhal yerinə yetirməlidir. Lakin bu, inandırıcı görünmədiyindən ölkə növbəti illərdə məhkəmə prosesləri ilə üz-üzə qalacaq.

Bu addım digər sərmayəçilər tərəfindən də oxşar tələblərə rəvac verə bilər. Ölkədə, ümumiyyətlə, 60 milyard ABŞ dolları məbləğində dövlət istiqrazları tədavüldədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9356
  • ₽ RUB
    0.0257