DÜNYA

Səudiyyə Ərəbistanında ölkə tarixinin ən iri dövlət büdcəsi təsdiqlənib
19 DEKABR 2018
242

Səudiyyə Ərəbistanında ölkə tarixinin ən iri dövlət büdcəsi təsdiqlənib

2018-12-19 10:02:00

Səudiyyə Ərəbistanı Nazirlər Kabineti mədaxil hissəsi 975 milyard rial (215 milyard ABŞ dollarına yaxın) olan ölkə tarixinin ən iri dövlət büdcəsini təsdiqləyib.

Fins.az xəbər verir ki, şəxsən kral Salman bin Əbdüləziz əs-Səud tərəfindən açıqlanan büdcənin məxaric hissəsi də 1106 trilyon rial, yəni 294,8 milyard dollardır.

“Səudiyyə Ərəbistanı Krallığının tarixində ən iri olan bu büdcənin məqsədi “Vision 2030” hədəfləri çərçivəsində iqtisadi artımı dəstəkləmək, məsrəflərin səmərəsini artırmaq, dayanıqlı iqtisadiyyata və maliyyə sabitliyinə nail olmaqdır”, - deyə dövlət başçısı çıxışında deyib.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264