DÜNYA

Rusiyanın energetika nazirindən təbii qaz ixracı ilə bağlı açıqlama
18 DEKABR 2018
150

Rusiyanın energetika nazirindən təbii qaz ixracı ilə bağlı açıqlama

2018-12-18 16:18:00

Fins.az-ın məlumatına görə, Rusiya Dövlət Dumasında ölkənin energetika naziri Aleksandr Novak deyib "Rusiyanın 2018-ci ilin yekunlarına görə, təbii qaz ixracatı 245 milyard kubmetrədək artacaq".Qaz hasilatında, təqribən, 723 milyard kubmetr səviyyəsində rekord rəqəmlər gözləyirik. Bu da ötən ilə nisbətən, təxminən, 5 faiz artım deməkdir. Müsbət dinamika əksəriyyəti Avropa ölkələri olan alıcılarımızın istehlakı artırması ilə bağlıdır. İxracımız 9,3 faiz, 224 milyarddan 245 milyard kubmetrədək artıb, çox yaxşı rəqəmdir, hələ belə olmamışdı”, – nazir deyib.O, bu nəticənin xeyli dərəcədə "Yamal" maye qaz layihəsinin işə salınması sayəsində əldə etdiklərini diqqətə çatdırıb. Nazir həmçinin 2018-ci ildə neft və qaz kondensatı hasilatında da artım gözlədiklərini söyləyib. Neft və qaz kondensatına gəlincə, ilin sonunda 556 milyon tonluq, yəni ötən ilkindən təqribən 10 milyon ton çox bir rəqəm gözləyirik. Yəni gündəlik 200 min barel çoxdur, halbuki OPEC və qeyri-OPEC ölkələri ilə razılaşma vardı. İlin ikinci yarısında hasilatı əvvəlki səviyyəyə qaytardıq”, – A.Novak vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264