DÜNYA

Portuqaliya aztəminatlı ailələr üçün rekord həcmdə ərzaq yardımı ayırdı
14 DEKABR 2018
218

Portuqaliya aztəminatlı ailələr üçün rekord həcmdə ərzaq yardımı ayırdı

2018-12-14 18:00:00

Fins.az-ın "Bloomberg"ə istinadən verdiyi məlumata görə, Portuqaliyanın Milli Ərzaq Bankı Milad bayramı ərəfəsində aztəminatlı ailələr üçün 2 min tondan çox ərzaq yardımı ayırıb.Aksiya çərçivəsində ölkənin iri supermarketlərində ərzaq məhsullarının toplanılması və qablaşdırılmasına 40 minə yaxın könüllü cəlb olunub. Yoxsul insanlar üçün 2146 ton qida məhsulları tədarük olunub.

Ölkənin bütün regionlarında fəaliyyət göstərən 2 mindən çox ticarət şəbəkələri ehtiyacı olanların bayram qayğılarını yüngülləşdirmək məqsədilə ərzaq mallarının tədarükü üçün zənbillər təqdim ediblər. Milli Ərzaq Bankının prezidenti İzabel Conet aksiyada iştirak edənlərə təşəkkür edib.

Müəllif:Aynur Qəniyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.935
  • ₽ RUB
    0.0256