DÜNYA

Səudiyyə Ərəbistanı ABŞ-a neft ixracını azaldacaq
14 DEKABR 2018
216

Səudiyyə Ərəbistanı ABŞ-a neft ixracını azaldacaq

2018-12-14 11:04:00

Hasilata və ehtiyatlarına görə dünyanın ən iri neft şirkəti olan Səudiyyə Ərəbistanının "Saudi Aramco" şirkəti qarşıdakı həftələrdə ABŞ-a neft ixracını azaltmağı planlaşdırır.

Agentliyin məlumatına əsasən, ABŞ-ın neft emalı zavodları yanvarda əvvəlki aylara nisbətən xeyli az həcmdə neft alacağı ilə bağlı məlumatlandırılıb. Bu addım OPEC və əsas neft istehsalçısı ölkələrin hasilatı azaltmaqla bağlı qərarı ilə bağlıdır.

Agentlik gələn ilin əvvəlində krallıqdan ABŞ-a neft təchizatının sutkada 582 min barelə qədər azala biləcəyini istisna etmir. Bu, son kvartal üzrə hesablamada Səudiyyə Ərəbistandan neft ixracının orta həcmindən 40% azdır.

Qeyd edilir ki, "Saudi Aramco"nun planları ABŞ-ın "Valero Energy", "Phillips 66", "Chevron", "Exxon Mobil" və "Marathon Petroleum" şirkətlərinə təsir edəcək. ABŞ Səudiyyə neftinin çatışmazlığını Meksika, Kanada və Venesueladan ixracı artırmaqla doldurmalı olacaq.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9338
  • ₽ RUB
    0.0269