DÜNYA

Avropa Komissiyasının rəhbəri: "Brexit" razılaşması yalnız bu şəkildə mümkündür"
11 DEKABR 2018
102

Avropa Komissiyasının rəhbəri: "Brexit" razılaşması yalnız bu şəkildə mümkündür"

2018-12-11 14:43:00

Fins.az-ın məlumatına görə,"Böyük Britaniyanın Avropa İttifaqı  üzvlüyündən çıxması barədə əldə olunan razılaşma yalnız bu şəkildə mümkündür".Bunu Avropa Komissiyasının prezidenti Jan Klod Yunker Avropa Parlamentindəki çıxışı zamanı bildirib. O deyib ki, biz razılığa gəldik: "Bu razılaşma mümkün olanların ən yaxşısıdır və yalnız bu şəkildə mümkündür”. Onun sözlərinə görə, "Brexit" sazişi artıq müzakirələrə açıq olmayacaq. Qeyd edək ki, "Brexit"ə dair konsensusa nail olmaq üçün bu gün Böyük Britaniya Baş naziri Tereza Mey Avropanın bir sıra ölkələrinə səfərə başlayır. Avropa Şurasının sədri Donald Tusk Avropa İttifaqı ölkələrinin dövlət və hökumət başçılarını fövqaladə görüşə çağırıb.Görüşdə "Brexit" məsələsi, o cümlədən Britaniya tərəfinin ratifikasiya prosesini asanlaşdırması məsələsi müzakirə ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.935
  • ₽ RUB
    0.0256