DÜNYA

OPEC üzvləri arasında İranla bağlı gərginlik
07 DEKABR
94

OPEC üzvləri arasında İranla bağlı gərginlik

2018-12-07 15:13:00

Fins.az-ın məlumatına görə, Neft İxrac Edən Ölkələr Təşkilatı OPEC-ə üzv ölkələr hasilatın azaldılmasına dair alınacaq qərar çərçivəsində ABŞ-ın sanksiya tətbiq etdiyi İrana güzəştə gedilməsi barədə razılığa gələ bilmirlər. Neft istehsalının azaldılması baxımından OPEC-ə ən böyük maneəni məhz İran törədir. Qeyd edək ki, İranın neft naziri Bijən Namidar Zəncənə ABŞ-ın rəsmi Tehrana tətbiq etdiyi sanksiyalarla əlaqədar OPEC-in neft istehsalının azaldılmasına dair alacağı qərar çərçivəsində ölkəsinə güzəşt olunmasını tələb edib: “Qeyri-qanuni sanksiyalar davam etdiyi təqdirdə İran gələcəkdə neft istehsalının səviyyəsinin azaldılmasına dair hər hansı qərardan azad olunmalıdır”. O əlavə edib: “İrana qarşı sanksiyalar davam etdiyi təqdirdə bu ölkənin OPEC üzrə kvotası heç kimlə müzakirə olunmayacaq”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256