DÜNYA

V.Ələkbərov "Lukoyl" -in Səudiyyə Ərəbistanı ilə bağlı planlarını açıqlayıb
07 DEKABR
92

V.Ələkbərov "Lukoyl" -in Səudiyyə Ərəbistanı ilə bağlı planlarını açıqlayıb

2018-12-07 13:28:00

Fins.az-ın məlumatına görə Lukoil şirkətinin prezidenti V.Ələkbərovun  Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih ilə "Luksar" layihəsinin həyata keçirilməsi məsələsini müzakirə edib. "Nazir növbət dəfə iqtisadi model yaratmağı xahiş etdi. Ona görə də layihəni həyata keçirmək üçün lazım olan iqtisadi model üzərində işləyəcəyik", - o deyib. Onun sözlərinə görə, iş üç ay davam edəcək. V.Ələkbərov vurğulayıb ki, görüşdə digər layihələr və neft treydinqi müzakirə olunmayıb.

Qeyd edək ki, "Lukoyl" "Saudi Aramco" ilə müştərək şirkətdə - "LUKOIL Saudi Arabia Energy Ltd."də (Luksar) 80% paya malikdir. Şirkət Səudiyyə Ərəbistanında layihə üzrə karbohidrogen istehsalının 2015-ci ildə başlanmasını gözləyirdi. Lakin tərəflər qazın qiyməti barədə razılaşa bilməyiblər və 2017-ci ildə "Lukoyl" layihəni tərk etdiyini açıqlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255