DÜNYA

Qətərli nazir: Neftin qiyməti minimum 62-63 dollar/barrel səviyyəsində olmalıdır
06 DEKABR
108

Qətərli nazir: Neftin qiyməti minimum 62-63 dollar/barrel səviyyəsində olmalıdır

2018-12-06 17:11:00

Neftin qiyməti minimum 62-63 dollar/barrel səviyyəsində olmalıdır.

Fins.az AZƏRTAC-a istinadən xəbər verir ki, Qətərin energetika naziri Saad al-Kaabi bu fikirdədir.

O, neftin qiymətinin ən aşağı səviyyəsinin 62-63 dollar/barrel olmasının vacibliyini qeyd edib. Bildirib ki, daha aşağı səviyyə neft bazarına mənfi təsir göstərəcək.

Nazir ölkəsinin yeni enerji strategiyasının daha çox təbii qaza fokuslanmaq olduğunu bildirib: “Qətərin OPEC-ə üzvlükdən çıxması da bu istiqamətdə atılan addımdır. OPEC bizim strategiyamız üçün böyük bir fayda vermir”.

Xatırladaq ki, ötən günlərdə dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz (LNG) ixracatçısı və gündəlik orta hesabla 650 min barrel neft istehsal edən Qətər 57 ildir üzv olduğu OPEC-dən gələn il yanvarın 1-dən etibarən çıxacağını açıqlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255