DÜNYA

OPEC Konfransının prezidenti: Neftin qiymətindən savayı bazardakı tarazlıq təmin edilməlidir
06 DEKABR
57

OPEC Konfransının prezidenti: Neftin qiymətindən savayı bazardakı tarazlıq təmin edilməlidir

2018-12-06 17:04:00

Neftin qiymətindən savayı bazardakı tarazlıq təmin olunmalıdır.

Fins.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri OPEC Konfransının prezidenti, Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri Suhail Mohamed Al Mazrouei deyib.

“Cari il çox məhsuldar və müvəffəqiyyətli bir il oldu. Bütün üzv ölkələrin 2019-cu ildə də eyni uğuru əldə etmək üçün ciddi arzusunun olduğunu düşünürəm. Neft bazarı çox həssasdır. Qiymətdən savayı bazardakı tarazlığın təmin edilərək son 5 il orta göstəricisinə çatdırılmasına nail olunması üçün bir yol tapılmalıdır”, - deyə o əlavə edib.

OPEC Konfransının prezidenti gündəlik neft istehsalının 1 milyon barrel azaldılacağı ilə bağlı suala cavabında isə deyib: “Bu rəqəblərin haradan çıxdığını bilmirəm. Ancaq bu gün burada razılıq əldə üçün toplanmışıq. Razılığa gəlinəcəyinə dair optimistəm”.

“OPEC və qeyri-OPEC ölkələrinin əldə etdiyi razılaşmada hər bir üzv dövlətin öz rolu var. Rusiya da OPEC və qeyri-OPEC ölkələrinin imzaladığı bəyannamənin mühüm iştirakçılarından biridir. Rusiya ilə əməkdaşlığımızın davam edəcəyini düşünürəm”, - deyə Suhail Mohamed Al Mazrouei bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255