DÜNYA

Belarus Prezidenti Rusiyadan nəql edilən təbii qazın qiymətindən narazıdır
06 DEKABR
63

Belarus Prezidenti Rusiyadan nəql edilən təbii qazın qiymətindən narazıdır

2018-12-06 16:55:00

“Müttəfiq münasibətlərində enerji ehtiyatlarının tədarükçüsü və istehsalçısının maraqları yoxdur”.

Fins.az “Report”a istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Avrasiya İqtisadi İttifaqının dekabrın 6-da Sankt-Peterburqda keçirilən zirvə toplantısında bildirib.

“Avrasiya İqtisadi İttifaqı bütöv bir sistemdir. Neft-qaz bazarının əsaslarının formalaşmasında prinsiplər üzrə razılaşmanın yoxluğu bizə ittifaqın daha sürətlə tərəqqi etməsinə imkan vermir”, - deyə o vurğulayıb.

Onun sözlərinə görə, min kubmetr təbii qazın nəqli Belarusda 3 dollar təşkil edir, ancaq bu, rusiyadaxili tariflərdə 3 dəfə az, yəni 1 dollardır: “Nəticədə Belarus Smolensk vilayətində qazın min kubmetrinə 130 dollar ödəyir”.

Rusiya Prezidenti Vladimir Putin KİV-in iştirakı olmadan bu məsələnin ədalətlə və açıq müzakirəsini məsləhət görüb. Onun sözlərinə görə, 2018-ci ildə Belarusa min kubmetr qazı 129 dollar satıblar. 2019-cu ildə isə bu rəqəm 127 dollar olacaq: “Almaniyaya isə 250 dollar satılır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255