DÜNYA

Özbəkistanda qızılın qeyri-sənaye üsulu ilə çıxarılmasına icazə verilib
06 DEKABR
81

Özbəkistanda qızılın qeyri-sənaye üsulu ilə çıxarılmasına icazə verilib

2018-12-06 12:16:00

Özbəkistanda qızılın qeyri-sənaye üsulu ilə çıxarılmasına icazə verilib.

Fins.az xəbər verir ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bununla bağlı fərman imzalayıb və qərar 2019-cu il martın 1-dən qüvvəyə minir.

Sənəddə deyilir ki, bu məqsədlə sahəsi bir hektardan çox olmayan qızıl yataqları sahəsi ayrılacaq. Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi bu işlə məşğul olmaq istəyən şəxslərə lisenziya verəcək, onlar bütün vergilərdən və məcburi ödənişlərdən azad ediləcəklər.

Bu işlə məşğul olan sahibkarlar qızılı və başqa qiymətli metalları Almalık Dağ-Mədən Kombinatına və Nəvai Dağ-Metallurgiya Kombinatına müqavilə qiymətləri ilə sata biləcəklər. Sahibkarlar qiymətli metalları zinət əşyaları istehsalçılarına sata bilmək hüququna da malikdirlər.

Özbəkistan Mərkəzi Bankının məlumatına görə, hazırda ölkə 13,9 milyard dollar dəyərində qızıl ehtiyatına malikdir.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255