DÜNYA

OPEC+ ölkələri neft hasilatını sutkada 1 milyon barel azalda bilər
06 DEKABR
51

OPEC+ ölkələri neft hasilatını sutkada 1 milyon barel azalda bilər

2018-12-06 10:12:00

OPEC+ ölkələrinin nazirləri, eləcə də Rusiya nümayəndəsi Monitorinq Komitəsinin çərşənbə günü keçirilən iclasında neft hasilatını azaltmağın zəruriliyi barədə razılığa gəliblər.

Fins.az xəbər verir ki, bunu jurnalistlərə Omanın neft və qaz naziri Məhəmməd bin Hamad ər-Rumhi iclasdan sonra deyib.

"Rusiyanın öz şəxsi problemləri var, lakin bugünkü görüşdə hər kəs azaldılmanın zəruri olması fikri ilə razılaşdı. Konsensus odur ki, biz hasilatı azaltmalıyıq. Sabah necə [nə qədər] azaldacağımızı müzakirə etməliyik", - deyə nazir əlavə edib.

Nazirin sözlərinə görə, 2019-cu ildə hasilatın azaldılması sutkada təqribən 1 milyon barel təşkil edə bilər.

"Düşünürəm ki, bir milyon və ya ona yaxın. Lakin sabah biz bunu müzakirə edəcəyik", - deyə o, neft hasilatının hansı miqdarda azaldılmasından söhbət gedə biləcəyi barədə suala cavabında bildirib.

Bundan əvvəl Tramp OPEC-in neft tədarükünü azaltmayacağına ümid etdiyini söyləmişdi.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255