DÜNYA

2020-ci ildə neftin qiyməti belə olacaq- “Fitch”
06 DEKABR
95

2020-ci ildə neftin qiyməti belə olacaq- “Fitch”

2018-12-06 09:38:00

Fins.az-ın məlumatına görə, “Fitch” beynəlxalq reytinq agentliyi iqtisadiyyata dair icmalını dərc edib. Sənədə görə, 2019-cu ildə neftin bir barelinin qiyməti orta hesabla 62 ABŞ dolları olacaq, 2020-ci ilə dair proqnoz isə57,5 dollardan 62,5 dollaradək qaldırılıb. Bununla yanaşı, 2018-ci ilə dair proqnoz da 72 dollardan 72,5 dollara çatdırılıb. Müəlliflərə görə, bu dəyişikliyin səbəbi OPEC+ formatının neft qiymətlərini sabitləşdirəcəyinə inamın artmasıdır.“OPEC+ formatında hasilatın bir qədər azaldılmasına dair razılaşmaların mümkünlüyü ilə bağlı neft qiymətlərinin indiki səviyyədən əvvəlki rəqəmlərə qayıdacağını gözləyirik”, - icmalda qeyd olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255