DÜNYA

Avropa Komissiyasından dollarla bağlı çağırış
05 DEKABR
98

Avropa Komissiyasından dollarla bağlı çağırış

2018-12-05 17:10:00

Fins.az xəbər verir ki, Avropa Komissiyasının məlumatında bildirilir ki, Avropa Komissiyası iqtisadiyyatın strateji sektorlarında avrodan daha aktiv istifadə edilməsinə dair çağırış edib.Məlumatda bildirilir ki, Avropa biznesi əsas strateji bazarlarda, hətta tez-tez öz aralarında hələ də ABŞ dolları ilə ticarət edir. "Bu, bazarları siyasi və valyuta risklərinə məruz qoyur və onları birtərəfli qərarlardan asılı vəziyyətə salır. Bu isə dollarla bağlanmış sazişlərə birbaşa təsir edir", - deyə vurğulanıb. Bununla əlaqədar Avropa Komissiyası bu gün beynəlxalq enerji sazişlərində və tranzaksiylarında avronun daha geniş istifadəsini təşviq edilməsi üzrə tövsiyə qəbul edib. AB ölkələrinin liderlərinə dekabr ayında avronun beynəlxalq rolunu müzakirə etmək təklif edilir.

Müəllif:Aynur Qəniyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256