DÜNYA

Türkiyədə xarici vətəndaşlara daha çox daşınmaz əmlak satmaq planlaşdırılır (ÖZƏL)
05 DEKABR
62

Türkiyədə xarici vətəndaşlara daha çox daşınmaz əmlak satmaq planlaşdırılır (ÖZƏL)

2018-12-05 15:54:00

Türkiyədə cari ilin sonunadək xarici vətəndaşlara daşınmaz əmlak satışının artırılması planlaşdırılır.

Fins.az bu barədə Trend-ə Türkiyənin Torpaq Kadastrı və Alqı-Satqı İşləri üzrə Dövlət Komitəsindən bildiriblər.

Qeyd olunub ki, 2018-ci ilin sonuna qədər əcnəbilərin Türkiyədə 40 min obyekt alacağı gözlənilir:

"2018-ci ilin yanvar-oktyabr aylarının yekunu üzrə əcnəbilər ölkədə 30 mindən çox daşınmaz əmlak alıb".

Türkiyə Statistika İnstitutunun məlumatına əsasən, cari ilin oktaybrında ölkədə 146 536 daşınmaz əmlak satılıb. Bu, 2017-ci ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 19,2 faiz çoxdur.

Göstərilən dövrdə İstanbulda 27 156, Ankarada 13 430, İzmirdə isə 7419 obyekt satılıb.

Oktyabrda İraq vətəndaşları 557, İran vətəndaşları isə 378 daşınmaz əmlak əldə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256