DÜNYA

Qlobal terrorizm 2017-ci ildə dünya iqtisadiyyatına 52 milyard dollara başa gəlib
05 DEKABR
77

Qlobal terrorizm 2017-ci ildə dünya iqtisadiyyatına 52 milyard dollara başa gəlib

2018-12-05 12:41:00

 Dünyada terrorizm qurbanlarının sayı 2014-cü ildəki pik göstərici ilə müqayisədə 44% azalıb və 2017-ci ilin yekunları üzrə 18,8 min nəfər təşkil edib.

Fins.az istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat və Sülh İnstitutu (The Institute for Economics and Peace) tərəfindən Londonda təqdim edilən "Qlobal terrorizm indeksi" hesabatında bildirilir.

Hesabatın müəllifləri qeyd edirlər ki, terrorçuların əlində öldürülən insanların sayı ardıcıl üçüncü ildir azalır. Əsas səbəblərdən biri kimi isə İŞİD terror qruplaşmasının İraq və Suriyada zəifləməyə davam etməsi göstərilir.

Belə ki, Suriyada terrorçular tərəfindən öldürülən insanların sayı 2016-cı (2,1 min nəfər) müqayisədə 2017-ci ildə demək olar, iki dəfə azalıb - 1,1 min nəfər. İraqda isə analaji müqayisə, təxminən, 9,8 min ölümdən təqribən 4,5 minə düşüb.

İnstitutun təsisçisi Stiv Killeleanın sözlərinə görə, İŞİD daha çox ərazi və maliyyə mənbələri itirir, lakin 2017-ci ildə ən aktiv terror qruplaşması elə onlar olublar. O deyib ki, fəallıq baxımdan ikinci olan "Cəbhət ən-Nüsrə" də xeyli sayda hücum həyata keçirib.

Onun fikrincə, 2017-ci ildə dünyada insan ölümü ilə nəticələnən terror hücumlarını 169 qruplaşma həyata keçirib və bunlardan 42-si ya yeni təşkilatlardır və ya son üç ildə adam öldürməyənlərdir.

Hesabatda göstərilir ki, 2017-ci ildə qlobal terrorizm dünya iqtisadiyyatına 52 milyard dollara başa gəlib. Bu, bir il əvvəlki göstəricidən 42% azdır. Dünyanın 67 ölkəsində insan itkisi ilə nəticələnən terror aktları törədilib.

Eləcə də bax:Qanunsuz miqrasiyanın ABŞ-a vurduğu zərər açıqlandı – 250 MİLYARD DOLLAR

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255