DÜNYA

Türkiyə suriyalı qaçqınları siyahıya alacaq
05 DEKABR
66

Türkiyə suriyalı qaçqınları siyahıya alacaq

2018-12-05 11:15:00

Türkiyədə suriyalı qaçqınların siyahıya alınması keçiriləcək.

Fins.az-ın məlumatına görə, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.

Nazir bildirib ki, suriyalı qaçqınların Türkiyədə mövcudluğu mürəkkəb məsələdir.

O həmçinin qeyd edib ki, “Zeytun budağı” və “Fərat qalxanı” əməliyyatlarından sonra 285 min qaçqın Suriyaya qayıdıb.

Qeyd edək ki, statistik məlumatlara əsasən, hazırda Türkiyədə 3 milyon suriyalı qaçqın mövcuddur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255