DÜNYA

Ötən il İtaliyaya rekord sayda turist gəlib
05 DEKABR
45

Ötən il İtaliyaya rekord sayda turist gəlib

2018-12-05 10:50:00

Ötən il İtaliyaya gələn turistlərin sayı 5,3 faiz artaraq 123 milyon nəfər təşkil edib. Bu, ölkə üzrə rekord göstəricidir.

Fins.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə İtaliyanın Milli Statistika İnstitutu (ISTAT) məlumat yayıb.

Bu rəqəm Avropa İttifaqı ölkələri üzrə orta göstəricidən də xeyli çoxdur. Siyahıda İtaliyadan sonra Fransa, Böyük Britaniya və ABŞ qərarlaşıblar. Artım bu ölkələrin hər biri üzrə 3 faiz təşkil edir.

Qeyd edək ki, ötən il turistlərin sayındakı artıma görə birinci pillədə Almaniya qərarlaşıb. Bu ölkə üzrə müvafiq göstərici 14-15 faizdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256