DÜNYA

İngiltərə parlamentində Brexit-in səsverməyə çıxarılacağı vaxt məlum olub
04 DEKABR
81

İngiltərə parlamentində Brexit-in səsverməyə çıxarılacağı vaxt məlum olub

2018-12-04 16:11:00

Fins.az-ın “bloomberg”ə istinadən verdiyi məlumata görə İngiltərə parlamenti hökümətin Avropa birliyi ilə razılığa gəldiyi Brexit razılaşmasını bu gün müzakirə etməyə başlayır 5 gün ərzində aparılması nəzərdə tutulan müzakirələrdən sonra dekabrın 11-də qanun səsverməyə təqdim olunacaq. Müxalifət partiyalarının bu məsələ ilə bağlı mübahisəli münasibəti,İngiltərə Baş prokurorunun Brexit müqaviləsi ilə bağlı hüquqi araşdırmasını “milli təhlükəsizlik” səbəbindən bütövlükdə yayımlamamasından sonra formalaşdığı nəzərə çarpır.Brexit müqaviləsi Avropa Birliyinin üzvü olan İrlandiya ilə birgə İngiltərənin bir hissəsi şimali İrlandiya arasında Brexitdən sonra fiziki sərhədlərin pozulmaması üçün formalaşdırılan “tədbirlər” səbəbindən diqqət cəlb edir.İngiltərənin Avropa Birliyi ilə ayrılma müddəti baş ofisi Lüksemburqda yerləşən Avropa Ədalət Məhkəməsində araşdırılıb.Bordona məhkəmə ilə bağlı “Avropa Birliyi müqaviləsinin 50-ci maadəsi,Avropa Birliyindən çıxmaq niyyətini istəyinin tək tərəfli şəkildə təxirə salınmasına icazə verir”  ifadəsini istifadə edərək İngiltərənin bu müddət ərzində geri addım atacağına işarə edib.

Müəllif:Aynur Qəniyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256